Ötən gün Bakıda Meksika səfirinin fotosərgisi keçirilib. Sərgi "Azərkitab" Kitab Mərkəzində baş tutub. Bu haqda APA xəbər verib.
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, fotoqraf Xuan Rodrigo Labardini Flores və gənc rəssam Arzu Əhmədlinin "İncəsənət sərhəd tanımır" adlı birgə yaradıcılıq sərgisi açılıb.
Tədbirdə İspaniya, Argentina, Venesuela səfirləri, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Sərgidə Xuan Rodrigo Labardini Floresin Azərbaycan və Meksikanın görməli yerlərinin və memarlıq abidələrinin yer aldığı 20 fotosu, gənc rəssam Arzu Əhmədlinin isə 10 rəsm əsəri nümayiş olunub.
[caption id="attachment_12071" align="alignnone" width="800"]
Foto Azərkitabının Facebook səhifəsi[/caption]