25 oktyabr tarixində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Nəcibə Məlikova – 100” adlı virtual sərgi hazırlanıb. Bu haqda kitabxananın rəsmi saytında məlumat ayılıb.
Xalq artistinin 100 illiyi münasibətilə hazırlanan virtual sərgidə görkəmli aktrisanın həyat və yaradıcılığı haqqında kitab və məqalələr, fotolar nümayiş olunur.
Bu gün milli kinomuzun və teatr sənətimizin inkişafında müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 100 illiyi tamam olur.