Bakıda “Təsviri sənətə səyahət” adlı satış sərgisi açılacaq. Bu haqda BakuPlus.az Mədəniyyət Nazirliyinə istinadən bu gün, 26 aprel tarixində xəbər verir.
Mədəniyyət Nazirliyi və “Four Seasons Hotel Baku”-nun birgə təşkilatçılığı ilə keçiriləcək sərginin açılışı 29 aprel tarixində baş tutacaq.
“Təsviri sənətə səyahət” adlı satış sərgisi istedadlı şəxslərin geniş kütlələrə tanıdılması və xüsusilə COVID-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edəcək.
Tədbirdə dövlət-özəl sektor əməkdaşlığı məsələləri müzakirə olunacaq.
Sərgi 30 aprel 2022-ci il tarixinədək davam edəcək.