Bakıda “Ağ kölgə” adlı sərginin açılışı olub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 9 aprel tarixində xəbər verir.
Müasir İncəsənət Muzeyində açılan sərgi Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunub.
Mərasimdə mədəniyyət naziri Anar Kərimov, rəssamın sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət nazirinin çıxışından sonra Cəlil Hüseynov sərgi haqqında məlumat verib.
Rəssam Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Sonda tədbir iştirakçıları sərgidə nümayiş olunan əsərlərlə tanış olublar.