“Dreamland Golf Hotel”-də rəsm üzrə master-klas keçiriləcək. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az “Art and Sharab”-a istinadən xəbər verir.
Açıq havada rəsm çəkiləcək, gəzinti olacaq, eləcə də tennis və qolf oynamaq mümkün olacaq.
Qonaqların metropolitenin “Xətai” stansiyasından “Dreamland Golf Hotel”-in ərazisinə transferi təşkilatçılar tərəfindən təmin olunacaq.
Tennis kortuna giriş pulsuzdur, qolf meydançasına isə əlavə ödəniş etməklə daxil olmaq olar.
Ödənişə, həmçinin restoran menyusundan bir alkoqolsuz içki də daxildir.
Toplanma vaxtı 13 may saat 11:30-da olacaq. Qiymət: 35 AZN
Qeydiyyat üçün artsharab instagram səhifəsi ilə əlaqə saxlamağınız kifayətdir.