Qorxulu film sevən gənclərimiz “Qorxu seansı 3” filmini ödənişsiz izləyə bilər. Bu haqda BakuPlus.az bu gün, 14 aprel tarixində xəbər verir.
Bakı Gənclər Mərkəzi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə növbəti film nümayişi keçirəcək. Bu dəfəki ekran əsəri qorxu və həyəcan janrında olan "Qorxu seansı 3" filmi olacaq.
15 aprel tarixində baş tutacaq nümayiş saat 15:00-da Bakı Gənclər Evində baş tutacaq.
İştirak ödənişsizdir.
Qeydiyyatdan keçmək üçün İnstagram səhifəsində rəy bölməsində "+" yazmaq kifayətdir.