Bakı Kitab Mərkəzində “Oxu saatı” keçiriləcək. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Xalq rəssamı Arif Hüseynov iştirakçıları Azərbaycan nağıllarının qəhrəmanları ilə tanış edəcək.
Tədbir 29 aprel saat 16:00-da baş tutacaq. Giriş ödənişsizdir.