Bakı Kitab Mərkəzində Elnur Kərimovun iştirakı ilə oxu saatı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 12 aprel tarixində xəbər verir.
Tədbir aprelin 15-i saat 15:00-da uşaqlar üçün keçiriləcək.
Bu tip tədbirlərin keçirilməsində məqsəd uşaqları ədəbiyyatla tanış etmək, kitaba olan maraqlarını artırmaqdan ibarətdir. Layihə F. Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birlikdə həyata keçirilir.
Tədbirin qonağı əməkdar artist Elnur Kərimov olacaq.
Giriş sərbəstdir.