Bakı Kitab Mərkəzində “Uzaq yaxın bizimkilər” layihəsi çərçivəsində daha iki tədbir baş tutacaq. Bu haqda BakuPlus.az Bakı Kitab Mərkəzinə istinadən bu gün, 22 aprel tarixində xəbər verir.
Aprelin 27-si saat 19:00-da tanınmış rəssam və fotoqraf, həmvətənimiz Aslan Əhmədovun «Прошедшее будущее» adlı art-layihəsinin təqdimatı keçiriləcək.
28 aprel tarixində isə tarixçi və dilçi alim, həmvətənimiz Azər Ziyadlının “Ovuc içində ulduzlar” tarixi romanının təqdimatı baş tutacaq. Kitabdakı hadisələr eramızdan əvvəl IV əsrdə cərəyan edir və Atropatena dövlətinin yaranmasından bəhs edir.
Hər iki tədbirə giriş sərbəstdir.