Beynəlxalq Muğam Mərkəzində Cadenza Kamera Orkestri (Cadenza Contemporary Orchestra) Beynəlxalq Caz Gününə həsr olunmuş “Məcaz” konserti ilə 26 aprel, saat 19:00-da çıxış edəcək. Bu haqda bu gün, 22 aprel tarixində Day.az məlumat verib.
Orkestr Azərbaycan və dünya müəlliflərinin əsərlərini təqdim edəcək.
Ansamblın tərkibinə Mirxalid Məmmədzadə (fleyta), Elşən Məmmədov (qoboy), Məmmədəli Paşazadə (klarnet), Afaq Qarayeva (piano), Leyla Zeynalova (piano), Zərifə Alxasova (skripka), Üzeyir Mahmudbəyli (alt), Erol Rzayev (violonçel) çıxış edəcəklər.
Giriş sərbəstdir.