“Yuğ” Teatrı yeni tamaşasını nümayiş etdirəcək. Bu haqda 17 may tarixində Bakuplus.az Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir.
Kukla teatrının binasında mayın 21-də “Yuğ” Teatrının ən yeni tamaşası hesab olunan “Lənət” tamaşası nümayiş olunacaq. Tamaşa V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə teatrın aktyoru, Xalq artisti Vidadi Həsənov tərcümə edib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır.