DTX Mədəniyyət Mərkəzində mart soyqırımına aid tamaşa göstəriləcək. Bu haqda 29 mart tarixində Böyük Qayıdış Gənclər İB məlumat verib.
DTX Mədəniyyət Mərkəzində martın 31-də Bakı Bələdiyyə Teatrının təqdimatında "Sən Qayıdacaqsan" tamaşası nümayiş olunacaq.
Tamaşanın məqsədi müharibənin insan həyatına təsirini, yaxınlarını müharibəyə yola salmış, onların yolunu gözləyən şəxslərin kədərini, yaşadığı hissləri maraqlı süjet xətti vasitəsilə insanlara çatdırmaq, birlik və həmrəyliyə çağırış etməkdir.
Tamaşaya baxmaq istəyənlər 30 mart saat 17:00 kimi qeydiyyatdan keçməlidirlər.