Bakıda 30 ildən sonra əfsanəvi "Karvan" qrupunun konsert proqramı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 28 aprel tarixində xəbər verir.
24 may, 19:00-da Heydər Əliyev Sarayının səhnəsində “Karvan” qrupunun konserti olacaq.
Gecədə qrupun “Qara gözlər", "Tufanla oynama", "Sarı güllər", "Polismen" və.s mahnıları ifa ediləcək.
Konsertə biletləri onlayn və ya şəhərin kassalarından əldə etmək mümkündür.
Biletlərin qiymətləri 20-150 manat arasında dəyişir.