top
Gözümüz önündə məhv olan irsimiz…
12 oktyabr 2024, 04:00
- ↺ +

Gözümüz önündə məhv olan irsimiz…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan xalqının tarixi-mənəvi irsi olan yüzlərlə alban məbədlərinin ən az tətqiq olunan qismi Daşkəsən rayonu ərazisində yerləşir. Onların əksəriyyəti nəinki öyrənilib, heç adlarına və tarixlərinə dair səhih məlumat belə yoxdur. Daşkəsənin həm hazırki Ermənistanla sərhəddə, həm də 30 il müddətində işğalda olmuş torpaqlarımızla eyni coğrafiyada yerləşməsi deməyə əsas verir ki, erməni “tarixçilər”i və kilsəsi bu məbədlərə də iddialıdırlar.

Qarabağ ərazisində olan ilkin xristian məbədlərin Vatikan tərəfindən faktiki olaraq Azərbaycanın tarixi və dini irsi kimi tanınması rəsmi Bakının əldə etdiyi irimiqyaslı siyasi və ideoloji qələbədir. Bu reallıq tək Qarabağ və Şərqi Zəngəzur deyil, həmçinin yaxın və bitişik ərazilərdəki məbədlərin də təmiri və tətqiqini aktual edir.

Daşkəsən ərazisindəki qədim xristian ibadətgahların bir qisminə Rusiya imperiyası və sovet dönəmində ciddi, digər hissəsinə isə qismən müdaxilə edilib. Təbii ki, ermənilər tərəfindən. Məsələn, rayonun turizm üçün cəlbedici yaşayış məntəqəsi olan Bayan kəndindəki VI əsr xristian məbədinin faktiki olaraq erməniləşdirlməsinə cəhd edilib. Məbədin giriş hissəsində və içində divarlara ermənicə yazılar həkk olunub. Ancaq elə ucqar yerlər var ki, əcdadlarımızın burada miras qoyub getdikləri bu ibadət yerləri ermənilərin qismən müdaxiləsinə məruz qaldıqları kimi, tərəfimizdən də yetərincə öyrənilməyib, hazırda isə gözümüzün önündə yavaş-yavaş məhv olur. Onların ən azı konservasiyası günümüzün aktual tələblərindəndir.

Daşkəsənin Cütcü kəndindən yuxarı, mədənlərə gedən yolu və 4-5 evdən ibarət Çovdar kəndini də keçəndən sonra ən yüksək nöqtədə, meşəliyin içində qədim məbəd var. Məbədə demək olar müdaxilə olmayıb, yəni, Qarabağdakı dini ibadətxanalarda olduğu kimi hər hansı təsvir, yazı əlavə edilməyib. Təəssüf ki, tətqiq olunmamış qalır, heç adı da məlum deyil. Məbədin içində qazıntı işləri aparılıb, amma belə görünür ki, elm üçün deyil, – kimlərsə nə isə axtarırmışlar. Daha dəqiqi desək, məbədə məxsus zinyət əşyaları və ya qədim pullar qazıntıların əsas məqsədi olub.

Daha bir öyrənilməmiş və tarix elmimizin diqqətindən kənar qalmış məbəd Alma bağları deyilən yaşayış məntəqəsindən keçməklə dağların arasında, meşənin içində yerləşir. Üzərində yazı, sonradan əlavə edilmiş xaç daşlar yoxdur. Ancaq binanın ilkin formasına arxitekturaca yeni minbər tipli tikilinin əlavə edildiyi hiss olunur. Həm bu, həm də Cütcü kəndindən yuxarıdakı məbədin vaxtilə böyük dini kompleks olduqları görünür. Belə ki, əsas binalar yerin üst qatında olsa da, altda böyük otaqlar və zirzəmilər yerləşir. İllər boyu yiyəsiz qalan məbədlər tarixin unutqanlıq kimi cəzasından qurtula bilməyiblər. Qeyd etmək lazımdır ki, həm bu, həm də Bayan kəndindəki məbədlərdə icazəsiz qazıntılar aparılıb. Bu acı reallıq onların konservasiyası ilə bərabər mühafizəsini də aktuallaşdırır.

Rüstəm Qaraxanlı

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
Bu gün, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
Bu gün, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Bu gün, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
Bu gün, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Bu gün, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Bu gün, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Bu gün, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Aktual Xəbərlər
Bu gün, 13:38

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Siyasət
Bu gün, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Bu gün, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Bu gün, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Bu gün, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Bu gün, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Bu gün, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Bu gün, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Aktual Xəbərlər
Bu gün, 10:11

ADPU tələbələri təmirsizlik və antisanitariyadan şikayətçidirlər - "İldə 2300 manat veririk, amma..."

Xəbər
Bu gün, 09:44

Bakıda təcili yardım maşını piyadanı vurub - ÖLƏN VAR

Xəbər
Bu gün, 09:38

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Siyasət
Bu gün, 09:19

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Xəbər
Bu gün, 09:09

Zülfiyyə Xanbabayevanın ad günüdür

Aktual Xəbərlər
Dünən, 17:38

Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir

Aktual Xəbərlər
Dünən, 17:32

Din xadiminə sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Xəbər
Dünən, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Siyasət
Dünən, 16:38

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Xəbər
Dünən, 16:17

Bakıda müdir maaşını istəyən işçisini döydü

Siyasət
Dünən, 15:52

Prezident: "Sülh hələ də kövrəkdir, onu möhkəmləndirmək lazımdır"

Oxşar xəbərlər