top
Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama
28 avqust 2026, 22:12
- ↺ +

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Təqdim olunmuş sənədlər hamısı müəyyən edilmiş tələblərə cavab verirsə, aidiyyəti dövlət qurumlarına bizim tərəfimizdən elektron qaydada rəy üçün göndərilir. Aidiyyəti dövlət orqanları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir".

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

"Onlar tərəfindən müsbət rəy olursa, növbəti mərhələdə biz artıq daha yuxarı instansiyaya təqdim edirik. Qərar təsdiq olunandan sonra artıq kateqoriya dəyişmiş hesab olunur", - deyə o əlavə edib.

Xidmət rəisinin sözlərinə görə, daxil olan müraciətləri təhlil edərkən müəyyən olunub ki, onların əksəriyyəti, 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərində fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələri ilə bağlıdır.

"Həmin torpaqlar yaşayış təyinatlı deyillər. 90-cı illərdə iqtisadiyyatın keçid dövründə, eyni zamanda torpaqların işğalı nəticəsində böyük sayda insanların öz yaşayış yerlərini tərk etməsi və digər ərazilərdə məskunlaşması ehtiyacı olduğuna görə kənd təsərrüfatı təyinatlı yaxud digər kateqoriyalarda olan torpaqlarda elə yaşayış massivləri xeyli sayda yaranmışdı. O massivlərdə bir-iki ev yox, yüzlərlə, minlərlə fərdi yaşayış evləri var. O torpaqların bir-bir kateqoriyasının dəyişməsinin heç bir səmərəliliyi yoxdur. Çünki biz bir növ massivin tərkibində ayrıca elementləri dəyişmiş oluruq. Bu da məsələni həll etmir. Ona görə 201 nömrəli Fərmanda həmin yaşayış massivləri ilə bağlı hüquqi əsas formalaşmışdı ki, onlara massiv yanaşması ilə baxılsın. Bu o deməkdir ki, həmin yaşayış massivləri şəhərsalma sahəsində normativ sənədlərə, ərazi planlaşdırma sənədlərinə əsasən uyğun tikilibsə, orada mühəndis kommunikasiya xətləri mövcuddursa, yol-nəqliyyat infrastrukturu varsa və orada bundan sonra həmin yaşayış massivinin inkişafı üçün imkanlar mövcuddursa, müvafiq dövlət qurumlarının verdiyi müsbət rəylər əsasında, aparılan invertarlaşdırma və s. işləri nəticəsində dövlət orqanları tərəfindən müsbət qərar olsa, onların yaşayış massivi formasında birdəfəlik dəyişməsi aparılacaq və fərdi müraciətlərə ehtiyac yaranmayacaq. Yəni kütləvi dəyişdirmə baş verdiyi təqdirdə o massivdə mövcud olan bütün fərdi yaşayış evlərinin kateqoriyası dəyişəcək və onların mülkiyyət hüquqlarının əldə olunması xeyli asanlaşacaq. Bir sözlə, həmin o sənədsiz evlərin probleminin həlli yollarından biri kateqoriyanın dəyişməsidir".

Mənbə: apa.az

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Oxşar xəbərlər