Bakının YAY Qalereyasında iyulun 6-dan "Hər şey yaxşı olacaq: Sabah və ya nə vaxtsa" adlı sərginin açılışı olacaq. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az məlumat verir.
Sərgi müxtəlif medialarda çalışan və fərqli təcrübələri olan səkkiz rəssamın – Rasim Babayev, Elşən Baba, Orxan Hüseynov, Tərlan Qorçu, Aida Mahmudova, Qafar Rzayev, Zamir Süleymanov və CHINGIZ-in əsərlərindən ibarət olacaq.
Tədbirin açılışı saat 12:00-da baş tutacaq. Giriş sərbəstdir.