Heydər Əliyev Sarayında Əməkdar incəsənət xadimi Aqil Məlikovun yaradıcılıq gecəsi keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 16 aprel tarixində xəbər verir.
Gecədə Buta instrumental ansamblının müşaiyəti ilə Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadə, Nəzakət Teymurova, Eyyub Yaqubov, Əməkdar artistlər Firuz Səxavət, Aygün Bəylər, Təyyar Bayramov, Gülüstan Əliyeva, Nurlan Növrəsli, Əməkdar müəllim Qəzənfər Abbasov, ifaçılar Hüseyn Məlikov, Vəfa Vəzirova, Məmməd Nəcəfov və Vüqar Əliyev ifa edəcəklər.
Konsertə biletləri şəhərin kassalarından və ya onlayn əldə edə bilərsiniz.