Məşhur kamança ustası Mark Eliyahu yenidən Bakıya gəlir. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az iticket.az saytına istinadən xəbər verir.
“About Love” turnesi çərçivəsində keçiriləcək konsert 19 iyun tarixində Heydər Əliyev adına sarayda baş tutacaq. Biletlər artıq satışdadır. Qiymətlər 40-220 AZN arası dəyişir.
Mark Eliyahu Dağıstandan olan yəhudi əsilli musiqiçidir. O, kamançada ifa etməyi Azərbaycanın Xalq artisti Ədalət Vəzirovdan öyrənib. Qabil Əliyev isə öz kamançasını ona hədiyyə edib.