“İçərişəhər” Qoruq İdarəsinin dəstəyi ilə “Biz varıq” adlı inklüziv tamaşa təqdim olunub. Bu haqda 14 aprel tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Marionet Teatrında “Biz varıq” adlı səhnələşdirilmiş inklüziv tamaşa nümayiş olunub.
“Be Kind” layihəsi çərçivəsində səhnələşdirilən tamaşada sağlamlıq imkanları məhdud olan və olmayan uşaqların iştirakı ilə səhnəciklər və “Dance Ability” komandasının çıxışları izləyicilərə təqdim olunub.
[caption id="attachment_40660" align="alignnone" width="800"]
Foto Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi saytı[/caption]