Bakıda Xalça Muzeyinin yeni layihəsinin təqdimatı keçiriləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 28 mart tarixində xəbər verir.
Martın 29-da keçiriləcək təqdimat mərasimi “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsini əhatə edəcək. Ziyarətçilər saat 10:00-dan 18:00-dək ekspozisiyada yerləşdirilən videoinstalyasiya ilə tanış ola biləcəklər.
Bu, beynəlxalq nüfuza malik art-menecer və təcrübəli sənətşünas Cahangir Səlimxanovun “Mədəni üfüqlər” adlı müəllif proqramına daxil olan 6 layihədən biridir. Layihənin kuratoru Könül Rəfiyevadır.
Burada muzey kolleksiyasının ən dəyərli eksponatlarından olan XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdiriləcək.
“Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsi “Mədəni üfüqlər” adlı təhsil proqramı çərçivəsində həyata keçirilir.