Bakıdakı Azərbaycan Milli Xalça Muzeyində sabah, 2 avqust tarixində muzeyinin 55 illiyinə həsr olunmuş yeni xalçanın, qədim ənənələrə uyğun, hanadan kəsimi mərasimi keçiriləcək. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az muzeyin mətbuat xidmətinə istinadən məlumat verir.
Mərasim saat 15:00-da baş tutacaq. Mərasimin iştirakçısı olmaq üçün hər kəs muzeyə gələ bilər.