Bakıda gənc rəssamların sərgisi keçiriləcək. Bu haqda bu gün, 26 mart tarixində Bakuplus.az Davam Gənclər Hərəkatına istinadən xəbər verir.
“Başla” adlı sərgi 30 mart tarixində Muzey Mərkəzində təşkil olunacaq.
Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Giriş sərbəstdir.