Bakıda "Musiqili proektor" adlı multimedia şousu təşkil ediləcək. Bu haqda BakuPlus.az bu gün, 16 may tarixində xəbər verir.
Şou Nizami Kino Mərkəzində “Art-East Media Group” şirkətinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə 25 iyun, saat 20:00-da baş tutacaq.
Multimedia şousunda “Avanqard” kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafiyasının ən sevilən film və cizgi filmlərinin saundtrekləri yeni aranjimanda ilk dəfə olaraq tamaşaçılara təqdim ediləcək.