Azərbaycanın Xalq artisti Röya Ayxan konsert verəcək. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az xəbər verir.
Müğənni iyulun 20-də “Dalğa Beach”in səhnəsinə çıxacaq. Tədbirin aparıcısı Nəsib Nurudur. ilk saatlarında Nəsimi Məmmədov, DJ Kənan, İqbal Darbuka çıxış edəcəklər, daha sonra səhnəyə Röya Ayxan çıxacaq.
Konsert saat 20:00-23:00 aralığında keçiriləcək. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür. Qiymətlər 20-250 manat aralığında dəyişir.