29 oktyabr tarixində "Günəş şəhəri" qrup sərgisinin açılışı baş tutacaq. Bu haqda “YARAT”-ın İnstagram səhifəsində məlumat verilib.
YARAT Müasir İncəsənət Məkanının 10 illik yubileyi münasibəti ilə gənc rəssamların video-art və heykəltəraşlıq əsərlərindən ibarət "Günəş şəhəri" qrup sərgisinin açılışı baş tutacaq. Sərgidə gənc rəssamlar Ramina Boçarova, Erkin Ələkbərli, Mehrin Əlili, Rəsul Quliyev, Şəlalə Salamzadə və İsmayıl Səfərəlinin əsərlərindən ibarət işlər təqdim olunacaq.
“Günəş şəhəri” qrup sərgisi, öz ilham mənbəyini italyan filosof Tommazo Kampanellanın eyni adlı kitabından götürüb. Utopik əsər, Xristofor Kolumb ilə səyahətə çıxan genuyalı dənizçinin insanların gender, sosial status, din və digər faktorlardan asılı olmayaraq harmoniya içində yaşadığı adaya düşməsindən bəhs edir.
Mərasim İçərişəhər, Kiçik Qala küçəsi 5 ünvanında saat 19:00-da keçiriləcək. Sərgidə hər kəs iştirak edə bilər, lakin giriş Covid pasportu ilə olacaq.