İçərişəhərdə yeni muzey ekspozisiyasının açılışı olub. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib.
“Xəzinə” muzey ekspozisiyasında antik çağlardan XX əsrə qədər uzanan dövrə aid zərgərlik, metalişləmə sənəti və numizmatika nümunələrinin bir çoxu ilk dəfə olaraq nümayiş olunacaq. Tədbir çərçivəsində, həmçinin “AzerGold” QSC-nin İçərişəhərə həsr etdiyi qızıl sikkə kolleksiyasının təqdimatı olub.
Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Şahin Seyidzadə və “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov çıxış ediblər.