Sabunçuda “Poeziya” tamaşasının nümayişi olacaq. Bu haqda 26 mart tarixində Bakuplus.az Sabunçu Gənclər Evinə istinadən xəbər verir.
Sabunçu Gənclər Evində 27 mart saat 15:00-da Beynəlxalq Teatr gününə həsr olunmuş “Poeziya” tamaşası göstəriləcək. Teatr klubunun həvəskar gəncləri tərəfindən Azərbaycanın görkəmli şair və yazıçıları olan Səməd Vurğun, Cəfər Cabbarlı və İsmayıl Şıxlının şeir və əsərlərindən kiçik səhnəciklər nümayiş olunacaq.