Bakıda avtomobil oğrusu saxlanılıb. Bu barədə BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 3 yanvar tarixində xəbər verir.
Yanvarın 2-si saat 16:00 radələrində Nəsimi rayonunun S.Vurğun küçəsi, ev 60-ın qarşısından paytaxt sakininə məxsus “Chevrolet” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.