top
Süpürgəçilər arasında zibil üstündə DAVA: Hər ay maaşından pul tutulacaq
15 aprel 2026, 12:28
- ↺ +

Süpürgəçilər arasında zibil üstündə DAVA: Hər ay maaşından pul tutulacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Sabunçu rayonunda 46 yaşlı kişi küçədə iş yoldaşı olan qadına xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə ötən ilin avqustun 14-də Sabunçu rayonunun Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən adsız küçədə baş verib.

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Emil həmin gün səhər saatlarında iş yoldaşı Əsmərin (adlar şərtidir – red.) ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun üz nahiyəsinə bir dəfə vurub. Nəticədə qadına müxtəlif dərəcəli xəsarətlər yetirilib.

Emil barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə ifadə verən Emil ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində qeyd edib ki, təxminən 3 ildir süpürgəçi işləyir və xidməti ərazisi Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşir:

O bildirib ki, iş yoldaşı Əsmərlə münasibətləri normal olub. Avqustun 14-də qadın ona ərazini yaxşı təmizləmədiyini və zibillərin külək vasitəsilə onun sahəsinə keçdiyini deyib. Bu zaman aralarında mübahisə yaranıb və qarşı tərəfin nalayiq ifadələr işlətməsi səbəbindən onu itələyərək hadisə yerindən uzaqlaşıb.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Emil aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.



Son xəbərlər

Xəbər
Bu gün, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Bu gün, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Bu gün, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Bu gün, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Bu gün, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Bu gün, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Bu gün, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Bu gün, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Bu gün, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
Dünən, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
Dünən, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
Dünən, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
Dünən, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
Dünən, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
Dünən, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
Dünən, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
Dünən, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
Dünən, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
Dünən, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
Dünən, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
Dünən, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
Dünən, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Oxşar xəbərlər