Suraxanı rayonunda “Gimnastika hamı üçün” tədbiri keçiriləcək. Bu haqda 7 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Hövsan Heydər Əliyev parkında şənbə günü, 10 sentyabr saat 10:00-da hamı üçün gimnastika tədbiri keçiriləcək. Tədbir Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və “Pearl Fitness Centre”-in təşkilatçılığı ilə baş tutacaq.
Yaş həddi 5+, geyim tərzi idman üslubunda olmalıdır və iştirakçıların özləri ilə yoqa matı (xalça) gətirməsi vacibdir. Qeydiyyat tələb olunmur.