Bakının Səbail rayonunun “20-ci sahə” dairəsi adlanan ərazisində yolu keçən piyadalar təhlükə altındadırlar. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az məlumat verir.
Piyada keçidini nizamlayan yol nişanının bir hissəsi qopduğuna görə dairəyə doğru hərəkət edən sürücülər onu görmürlər.
Həmçinin yol cizgiləri silinərək zəif görünür və bu səbəbdən də piyadalar gecə saatlarında yolun bu hissəsindən keçərkən həyatlarını riskə atırlar.
[URIS id=98814]