Bakının Nəsimi rayonu, Azadlıq prospektində velosiped zolağı salınıb. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az “İnsan yönümlü şəhərlər” Facebook səhifəsinə istinadən xəbər verir.
Sözügedən zolaq “28 Mall”un qarşısından keçir və rənglənmə işlərinin bir hissəsi artıq yekunlaşdırılıb. Bundan öncə isə rayonun Mirzəağa Əliyev küçəsində velosiped zolağı salınmışdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi məlumata əsasən, velosiped zolaqları İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək.