Metronun “28 May” stansiyasının eskalatoru təmir olunub. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Təmir işləri adıçəkilən stansiyanın 2-ci çıxışında aparılır. Hazırda eskalator pillələri demontaj olunur, sürahi sökülür. Daha sonra dartı zənciri çıxarılaraq əyləc sistemi, reduktor və mühərrik söküləcək. Eskalator 150.000 km-dən artıq qaçış məsafəsi qət edib.
İşlərin 15 sentyabr tarixinə qədər davam edəcəyi gözlənilir. Eskalator 2009-cu ilin dekabr ayından ilk dəfə təmirə bağlanır.
Bundan sonra digər eskalatorlarda da təmi-bərpa işləri aparılacaq.