3 saylı “ASAN Xidmət” mərkəzi fəaliyyətini dayandırır. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Yasamal rayonunda yerləşən mərkəz təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən etibarən 1 ay müddətinə bağlanır.
Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlardan 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələri xahiş olunur. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 83.