Bakının 3 universitetində prezident təqaüdçülərin sayı açıqlanıb. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az xəbər verir.
2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında təqdim olunan sərəncamda 102 nəfər yer alıb.
Onlardan 10 nəfər Bakı Dövlət Universiteti və eyni sayda tələbə İqtisad Universitetinin payına düşür. Prezident taqüdçüsü sayına görə birinci yerdə olan ali təhsil müəssisəsi Bakı Ali Neft Məktəbidir. Bu universitetdən 29 tələbə prezident təqaüdünə layiq görülüb.