top
5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir - VİDEO
22 mart 2025, 00:05
- ↺ +

5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ilin oktyabrında Xətai rayonunun Kənd Əhmədli qəsəbəsində ikimərtəbəli evin çökməsi nəticəsində ərazidə qorxunc vəziyyət yaranması gündəmə çevrilmişdi. Maraqlıdır ki, hadisənin baş verməsindən 5 ay ötsə də, problem hələ də aradan qaldırılmayıb.

Bununla bağlı qafqazinfo. az-a həmin evin sahibi Məcnun Məmmədov yenidən müraciət edib.

Vətəndaş bildirib ki, onun evi ilə yanaşı 2 ev də yararsız haldadır: “Artıq 5 aydır ki, kirayələrdə yaşayırıq. Həmin ərazini də üfunət iyi basıb, 3 böyük ailə evsiz qalmışıq. Kirayədə qalmaq üçün də vəsait ayrılmır, heç bir köməklik göstərilmir. 18 il idi yaşadığımız ev birdən-birə bu vəziyyətə düşüb. Evimizdə bayram keçirə bilmirik. Artıq çıxılmaz vəziyyətdəyik”.

Məcnun Məmmədov deyir ki, bu aylar ərzində aidiyyəti qurumların hər birinə dəfələrlə müraciətlər ediblər: “İlkin qəza baş verən vaxtlarda evlərin yaşayış üçün yararsız vəziyyətdə olması və təcili təxirə salınmaz şəkildə sökülərək vətəndaşlara kompensasiya ödənilərək oradan çıxarılması, həmçinin qəzanın aradan qaldırılması üçün FHN qərar verib. Son iki ayda bizim çoxsaylı müraciətlərimizdən sonra Maliyyə Nazirliyi bu məsələnin həlli üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə qiymətləndirmə aparıb təqdim etməsi üçün müraciət ünvanlayıb. Bizdə olan məlumata görə, bu evlərin sökülməsi, vətəndaşların köçürülməsi üçün vəsait ayrılması ilə bağlı qərar var. Sadəcə düzgün qanuni qiymətləndirmə edilmir və vəsait ödəməsi gecikdirilir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini icra edən Tahir Xəlilov aylar öncə bizə bildirdi ki, bu məsələ fevral ayında həll olunacaq. Lakin heç nə dəyişmədi. Burada məsələ odur ki, ADSEA bu evlərə düzgün, qanuni formada komissiya təşkil edərək qiymətləndirmə aparmır. Bununla yanaşı, bizim qanuni formada Ədliyyə Nazirliyi tərəfindən tanınan qiymətləndirməmizə də qarşı çıxır və məsələni uzadır”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanıb. Qurumdan sorğuya belə cavab verilib: “Qeyd olunan ərazidə yaşanan hadisə ilə bağlı əsaslı araşdırmalar aparılıb. Hadisə nəticəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də eynilə həmin vətəndaşlar kimi zərər görüb. Belə ki, yaşayış evinin altında qalan daşıyıcı tullantı su kollektoru, 1700 mm diametrlik boru və digər infrastrukturlar qəzalı vəziyyətə düşüb. Həmin yaşayış evlərinin sahibləri dəfələrlə Xidmətin inzibati binasında rəhbər şəxslər tərəfindən yüksək səviyyədə qəbul edilib və onlara məsələ ilə bağlı ətraflı izahatlar verilib. Bildirilib ki, Xidmətlə əlaqəli bütün prosedurlar qurum tərəfindən təcili icra olunub, müvafiq qurumlara rəsmi müraciətlər ünvanlanıb. Sonuncu görüşdə isə bildirilib ki, qəzanın miqyası qiymətləndirilib və bununla bağlı növbəti müvafiq quruma məktub göndərilib.

Onu da xüsusilə qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qəzalı vəziyyətə düşən kollektorun bərpa edilməsi istiqamətində əsas maraqlı tərəfdir. Bu baxımdan qurum kanalizasiya xəttinin üzərində tikilən evlərin köçürülməsi prosesinin tezləşdirilməsinin açıq tərəfdarıdır və bir daha xatırladaq ki, Xidmətin üzərinə düşən bütün işlər görülüb və görülməkdədir”.

Şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyinə də (FHN) sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb​: “2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsi, giriş 75 ünvanında yerləşən, Məmmədov Məcnun Hümmət oğluna məxsus ikimərtəbəli və Şahin Səmədov küçəsi, döngə 1, ev 14 ünvanında yerləşən, Məmmədova İsatoy Nemətovnaya məxsus birmərtəbəli fərdi yaşayış evlərinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Baxış zamanı göstərilən evlərin ərazidəki kanalizasiya kollektorundan sızmanın baş verməsi nəticəsində qəzalı vəziyyətə düşdüyü müəyyən olunub və bununla bağlı müvafiq aktlar tərtib edilib. Həmçinin, ərazidə zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, kanalizasiya kollektorunun bərpa edilərək istismar vəziyyətinə qaytarılması ilə bağlı təcili işlərin görülməsi üçün Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb”.

Son xəbərlər

Xəbər
Bu gün, 09:45

Qızı qətlə yetirildi, oğlu xərçəngdən öldü – Xalq artistinin anım günüdür

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
Dünən, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
Dünən, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
Dünən, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
Dünən, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Dünən, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Dünən, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Dünən, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Dünən, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Dünən, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Dünən, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Dünən, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Dünən, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
08 oktyabr 2026, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
08 oktyabr 2026, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
08 oktyabr 2026, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
08 oktyabr 2026, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
08 oktyabr 2026, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
08 oktyabr 2026, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
08 oktyabr 2026, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
08 oktyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 oktyabr 2026, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
08 oktyabr 2026, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Oxşar xəbərlər