Ailəsinin 5 üzvünü öldürən gənc oğlan barədə yeni detallar açıqlanıb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Musavat.com saytına istinadən xəbər verir.
Bildirilir ki, Əhməd Əhmədov qətldən 1 gün öncə polis tərəfindən saxlanılıbmış. Ancaq valideynləri polis bölməsinə gələrək psixi xəstə olduğunu əsas gətirərək onu azad elətdiriblər.
"Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və orada polislərə yalvarıb ki, oğlunu sutkalığa salmasınlar. Deyib ki, Əhmədin epilepsiyası var, polisdə qalsa, epilepsiyası tuta və ölə bilər", – deyə paylaşımda qeyd olunub.
Bundan əlavə, Əhməd Əhmədov 15 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olmuşdu. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə etmiş və Əhmədi cəzadan qurtarmışdı.
Əhmədin anası övladının psixi xəstəxanaya yerləşdirilməsinə qarşı idi. O, şəxsi karyerasına xələl gətirilməsindən qorxaraq bu addımı atmışdı.