Ailəsinin 5 üzvünü öldürən şəxs xəstəxanaya yerləşdirilib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
24 yaşlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. O, 20 gün müddətində stasionar qaydada saxlanılacaq. Sonda onunla bağlı ekspertiza rəyi veriləcək.
14 fevral tarixində gənc oğlan anası, atası, qardaşı, eləcə də bacısı və onun qızını qətlə yetirib.