Bakı şəhəri, 8 Noyabr prospekti ilə Zığ–Hava limanı avtomobil yolunun kəsişməsinə yaxın ərazidə yerləşən Gəncə prospektinə dönmək üçün istifadə olunan yarımdairə ləğv ediləcək. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Sürücülərin əksəriyyəti yuxarıda qeyd olunan yol infrastrukturunun ləğvinin yollarda sıxlığa səbəb olacağını bildirir.
Bəzi hərəkət iştirakçılarının fikrincə, onlar yaxınlıqdakı dairəyə getməli olacaqlar ki, bu da nəqliyyatın təhlükəsiz hərəkəti baxımından daha yaxşıdır.
Yaxın günlərdə bu istiqamətdə təmir işlərinin başa çatdırılması nəzərdə tutulub.