Ədliyyə Nazirliyinin sabiq əməkdaşına hökm oxunub. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın qərarına əsasən, Hafiz Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hafiz Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90.000 manat pulunu mənimsəyib.
İlqar Qurbanov dünyasını dəyişəndən sonra onun həyat yoldaşı hüquqi varis kimi tanınaraq H.Əliyevdən hüquq-mühafizə orqanlarına şikayət edib.
Təqsirləndirilən ədliyyə əməkdaşı barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.