Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 17 avqust tarixində xəbər verir.
Quruma məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Mübariz Paşayevə həvalə olunub.
“4 №-li Magistral Yolların İstismarı” şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 milyon manatdır.