Yasamal rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan təmizlik işləri ciddi tıxaca səbəb olub.
Bakuplus.az-a daxil olan məlumata görə, səhər saatlarında AAYDA əməkdaşları yolun bir hissəsini bağlayıblar. Bu səbəbdən Qələbə dairəsindən Ziya Bünyadov prospektinə qədər uzun tıxac yaranıb.
“Səhər pik saatlarında avtomobil yolunda təmizlik işləri görərlər? Özü də bu ilk belə hal deyil. Tıxaca görə işə gecikdim, üstəlik cərimə aldım. AAYDA əməkdaşlarına niyə bu işləri başqa vaxtda görməyə tapşırıq vermir?”, - deyə bir izləyici redaksiyamıza şikayət edərək bildirib.