Xalq artisti Aftandil İsrafilovun səhhətində yaxşılaşma gedir. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sənətçinin qızı Həcər İsrafilovanın sözlərinə görə, Xalq artisti kritik vəziyyətdən çıxa bilib. Hazırda müalicə davam edir.
Aftandil İsrafilov kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkir. O, 3 dekabr tarixində vəziyyətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib.