Şagirdlə kobud rəftar edən müəllimə töhmət verilib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə 249 nömrəli tam orta məktəbdə baş verib. İbtidai sinif müəllimi III sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılmışdı.
"Araşdırma zamanı müəllimin psixoloji təzyiq göstərmədiyi, şagirdin dərsə məsuliyyətsiz yanaşdığı üçün tənbeh etdiyi məlum olub. Məktəb rəhbərliyi tərəfindən pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”na riayət etmədiyinə görə müəllimə töhmət verilib”, – deyə açıqlamada bildirilir.