Bakıda keçirilən Dünya Kuboku ilə bağlı poçt markası buraxılıb. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Azərpoçta istinadən xəbər verir.
Paytaxtda keçirilən Şahmat üzrə Dünya Kuboku münasibətilə adıçəkilən şirkət tərəfindən 4000 tirajla blok şəklində poçt markaları hazırlanıb və dövriyyəyə buraxılıb.
Markalar “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov və Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov tərəfindən möhürlənib.
30 iyul - 25 avqust tarixləri aralığındakı yarışda 309 şahmatçı iştirak edir.