Akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib. Bu haqda bu gün, 2 yanvar tarixində Milli Elmlər Akademiyasının mətbuat xidməti məlumat yayıb.
O, Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəri vəzifəsində çalışırdı.
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli alim, sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun atasıdır.
M.Məmmədyarov 17 oktyabr 1924-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.