Tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, prezidentin fərdi təqaüdçüsü, akademik Musa Rüstəmov II Fəxri Xiyabanda dəfn edilib. Bu haqda bu gün, 1 dekabr tarixində Report məlumat verib.
Vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının Dairəvi akt zalında baş tutub.
Mərasimdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət və hökumət rəsmiləri, elm və təhsil ictimaiyyətinin nümayəndələri, mərhumun ailə üzvləri iştirak ediblər.
Alimin tabutu önünə Azərbaycan prezidenti İlham Əliyevin adından əklil qoyulub.