Bu gün, dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib. Bu haqda məlumat Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında verilib.
ASCO-nun sədri Rauf Vəliyev dövlətimizin başçısına yeni nəsil tanker barədə məlumat verib.
Prezident İlham Əliyev və akademik Xoşbəxt Yusifzadə tankerin istismara verilməsini bildirən lenti kəsdilər.
[URIS id=82143]