Akif Əli Zadə Prezident tərəfindən təltif olunub. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademiyanın Geologiya və Geofizika İnstitutunun baş direktoru, 90 yaşlı akademik Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Akif Əli Zadə 1934-cü ildə Bakıda anadan olub. O, 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub.