Naibə Əlibəyova dəfn edilib. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ötən gün gecə vəfat edən aktrisa Yasamal qəbiristanlığında torpağa tapşırılıb. O, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Naibə Əlibəyova daha çox "Bəyin oğurlanması" filmindəki Gülbadam rolu ilə tanınmışdır.